Mançester 120 milyon avroya oyunçu ALIR

18.11.2024

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

"Mançester Siti" PSJ-nin parlayan ulduzu Uorren Zair-Emeriyə elçi düşüb.

Milli.Az xəbər verir ki, "Fichajes" komandanın futbolçunu almağa hazırlaşdığını bildirib. 

Məlumata görə, İngiltərə nəhəngi onu zədəli Rodrinin əvəzedicisi kimi görür.

"Siti" rəsmiləri Uorren üçün 120 milyon avrosundan keçməyə hazırdır.

"Transfermarkt"də 18 yaşlı futboçunun dəyəri 60 milyon avrodur. Gənc fransızın klubu ilə müqaviləsi 2029-cu ilin yayında başa çatacaq.

Zaire-Emeri  PSJ-nin heyətində yeni futbol mövsümündə bütün turnirlər daxil olmaqla, 14 oyuna 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Tural
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью