“Mançester Siti” 16 yaşlı futbolçunu transfer edib

03.07.2026

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 3 iyul, AZƏRTAC

İngiltərənin “Mançester Siti” komandası heyətinə yeni futbolçu cəlb edib.

AZƏRTAC xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Bildirilib ki, “şəhərlilər” “Lester”dən Ceremi Monqanı transfer edib.

16 yaşlı vinger 2025-ci ildə “tülkülər”in əsas komandasına cəlb edilib.

Ceremi Monqa hazırda İngiltərə U-19 millisinin də formasını geyinir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью