Mançester Siti 1973 cü ildən bəri ilk dəfə bunu bacardı

06.04.2026

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

İngiltərə Kubokunun 1/4 finalında "Mançester Siti"yə 0:4 hesabı ilə uduzan "Liverpul" 1973-cü ildən bəri ilk dəfə bu turnirdə "şəhərlilər"ə məğlub olub.

Fanat.Az xəbər verir ki, Mersisayd təmsilçisi 1988, 2001, 2003 və 2022-ci illərdə sözügedən yarışda MS-i üstələyib.

Oyun Mançesterdəki "Etihad" stadionunda baş tutub. Bu qarşılaşmada ədaləti Maykl Oliverin rəhbərlik etdiyi hakimlər briqadası qoruyub. Əvvəlki mərhələdə "Mançester Siti" "Nyukasl"ı, "Liverpul" "Vulverhempton"u mübarizədən kənarlaşdırmışdı. İngiltərə Kubokunun son qalibi finalda "Mançester Siti"ni 1:0 hesabı ilə yenən "Kristal Pelas"dır.

Toğrul

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью