Idman.biz saytına istinadən Icma.az xəbər verir. Cek Qriliş yayda "Mançester Siti"ni tərk edə bilər.
İdman.biz xəbər verir ki, komandada ingilis yarımmüdafiəçinin çıxışında razı deyillər.
29 yaşlı yarımmüdafiəçi 2024-cü ildə keçirdiyi 45 oyunun heç birində qol vura bilməyib. O, sonuncu dəfə 2023-cü il dekabrın 16-da fərqlənib.
"Tottenhem" və "Nyukasl" Ceki transfer siyahısına əlavə edib.
Qeyd edək ki, Qriliş 2021-ci ildə 100 milyon funt sterlinqə "Aston Villa"dan transfer olunub.
İdman.biz Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.