Mançester Siti 23 yaşlı futbolçuya görə Bornmut la danışıqlara başlayıb

19.08.2026

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Bornmut"un yarımmüdafiəçisi Aleks Skott "Mançester Siti"nin maraq dairəsinə düşüb. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında paylaşım edib.

"Şəhərlilər" "Bornmut"la müqavilənin uzadılmasını rədd edən 23 yaşlı futbolçunun transferi ilə bağlı danışıqlara başlayıb.

Bu ilin aprelində "Çelsi"nin Skotu izlədiyi bildirilirdi. İyun ayında "Bornmut" "Arsenal"ın təklifini rədd edib. "Mançester Yunayted" və "Tottenhem" də oyunçu ilə maraqlanır. Lakin "Bornmut" rəsmiləri yarımmüdafiəçinin satılmadığını bildirib. 

Qeyd edək ki, Skott ötən mövsüm bütün turnirlərdə 39 oyunda iştirak edib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun "Bornmut"la müqaviləsi 2028-ci ilin yayına qədərdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью