Mançester Siti 34 yaşlı türklə müqaviləni uzatmaq istəyir

02.03.2025

Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

"Mançester Siti"nin 34 yaşlı yarımmüdafiəçisi İlkay Gündoğan "şəhərlilər"lə müqaviləsini 2026-cı ilə qədər uzatmağa yaxındır. Bu barədə X sosial şəbəkəsində jurnalist Nikolo Skira məlumat verib.

Almaniyalı futbolçunun hazırkı müqaviləsi cari mövsümün sonuna kimidir.

Gündoğan ötən yay "Mançester Siti"yə qayıdıb. İngiltərə klubunun heyətində bütün turnirlərdə 342 matçda iştirak edən Gündoğan 62 qol vurub, 38 məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью