Mançester Siti 35 ildir, belə halla üzləşmirdi

27.11.2024

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Mançester Siti" son 35 illik tarrixinin antirekorduna imza atıb.

QOL.az xəbər verir ki, komanda ötən gecə Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda "Feyenoord"la qarşılaşıb.

"Şəhərlilər" görüşdə ardıcıl 3 qol vuraraq önə çıxsalar da, Niderland klubu hesabı bərabərləşdirib. 

"Opta Sports"un yaydığı məlumata görə, bu, "Mançester Siti" üçün son 35 ilin ən pis göstəricisidir.

Premyer Liqa klubu 1989-cu ilin mayından bəri ilk dəfədir ki, 3 qolla öndə olduğu matçda qalib gəlməkdən məhrum olur. Belə hal 35 il əvvəl həmin vaxt İngiltərənin ikinci divizionunda mübarizə aparan "Bornmut"la oyunda (3:3) baş vermişdi.

Xatırladaq ki, “Mançester Siti” qələbəsiz seriyasını 6 matça çatdırıb. Bundan əvvəlki 5 görüşdə Xosep Qvardiolanın komandası məğlubiyyətlə üzləşib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью