“Mançester Siti” 4 mövqeyə futbolçu axtarır AZƏRTAC

19.12.2024

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı,19 dekabr, AZƏRTAC

İngiltərənin “Mançester Siti” komandası qış transfer dövründə heyətinə 4 futbolçu qatmağı planlayır.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, klub rəhbərliyi uğursuz çıxış fonunda heyətdə dəyişiklik etmək fikrindədir. Premyer Liqa təmsilçisi hücumçu, yarımmüdafiəçi, mərkəz və sağ müdafiəçi mövqeyi üçün oyunçu axtarışına başlayıb.

Qeyd edək ki, Xosep Qvardiolanın komandası keçirdiyi son 11 qarşılaşmada cəmi 1 qələbə qazanıb, 8 məğlubiyyət alıb və 2 dəfə heç-heçə edib. “Şəhərlilər” çempionatda 16 turdan sonra topladığı 27 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью