Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Brügge"nin hücumçusu Nikolo Tresoldi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Mançester Siti" almaniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
"Şəhərlilər" Tresoldini Erlinq Haalandın uzunmüddətli əvəzləyicisi kimi düşünürlər. "Mançester Siti" 22 yaşlı forvard üçün Belçika klubuna 50 milyon avroluq təklif göndərməyi planlaşdırır.
Qeyd edək ki, "Brügge" Nikolo Tresoldini 2025-ci ilin yayında "Hannover 96"dan 7,5 milyon avroya transfer edib. Almaniya U-21 millisinin üzvü cari mövsümdə "göy-qaralar"ın heyətində meydana çıxdığı 13 rəsmi matçda 9 qol vurub.
saytlarin hazirlanmasi