Mançester Siti 7 oyun sonra qələbə qazandı

05.12.2024

Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İngiltərə Premyer Liqasında XIV turun növbəti oyunları keçirilib.

Sfera.az xəbər verir ki, turnir cədvəlinin lideri “Liverpul” səfərdə “Nyukasl”la 3:3 hesablı heç-heçə edib.

Son 7 oyunda uğursuz çıxış edən “Mançester Siti” isə doğma meydanda “Nottinqem Forest”ə 3:0 hesabı ilə qalib gəlib.

“Çelsi” isə “Sauthempton”dan üstün olub - 5:1.

Bu nəticədən sonra xallarını 35-ə çatdıran “Liverpul” liderdir. “Çelsi” 28 xalla 2-ci pillədə qərarlaşıb. “Mançester Siti” isə 26 xalla 4-cü sıradadır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью