Mançester Siti afrikalı müdafiəçi ilə maraqlanır

02.12.2024

Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İngiltərənin "Mançester Siti" klubu İspaniya təmsilçisi “Valyadolid”in futbolçusu Cuma Ba ilə maraqlanır.

"Report" xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

Syerra Leonedən olan 18 yaşlı müdafiəçi "şəhərlilər"in rəhbərliyinin diqqətini cəlb edib. Hazırkı ölkə çempionu qışda afrikalı oyunçunu transfer etməyi planlaşdırır.

Sentyabrda “Valyadolid”in əsas komandasına cəlb edilən müdafiəçi ilə İngiltərənin "Kristal Pelas", "Everton" və "Nyukasl" klubları da maraqlanır.

Qeyd edək ki, Cuma Ba cari mövsüm 8 oyunda meydanda olub.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью