“Mançester Siti” ardıcıl 4cü dəfə məğlub oldu VİDEO | Icma.az
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
İngiltərə Premyer Liqasının 11-ci turu çərçivəsində “Brayton” “Mançester Siti”ni qəbul edib.Bizim.Media xəbər verir ki, baş hakim Semuel Berrottun idarə etdiyi matç Falmer Stadionunda baş tutub.Oyuna “şəhərlilər” daha fəal başlayıb.
Təzyiqi artıran qonaqlar 23-cü dəqiqədə istəklərinə çatıblar: Erlinq Holann ikinci cəhddən topu niderlandlı qapıçı Bart Verbrüggenin qoruduğu qapının çərçivəsindən keçirib.78-ci dəqiqədə Fabian Hürtselerin yetirmələri status-kvonu bərpa ediblər: Juan Pedro cərimə meydançasında yaranmış qarışıqlıqda maksimum yararlanıb.
Oyuna nəzarəti itirən “şəhərlilər” cəmi 5 dəqiqə sonra hesabda geri düşüblər: Premyer Liqada debüt oyununa çıxan danimarkalı Mett O’Rayli dəqiq zərbə ilə özünün ilk, komandasının isə qələbə qoluna imza atıb – 2:1.Beləliklə, bu, “Mançester Siti”nin Premyer Liqada ardıcıl ikinci, bütün turnirlərdə isə ardıcıl dördüncü məğlubiyyəti olub.Günə Mersisaydda “Liverpul” – “Aston Villa” qarşılaşması ilə yekun vurulacaq.Turun mərkəzi matçı sabah baş tutacaq: London derbisində “Çelsi” “Arsenal”la münasibətlərinə aydınlıq gətirəcək.
Bizim.Media Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu