Mançester Siti argentinalı hücumçunu geri qaytarmaq istəyir

29.08.2026

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

"Mançester Siti" Madrid "Atletiko"sunun hücumçusu Xulian Alvaresin transferində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, İngiltərə təmsilçisi 2022-ci ildən 2024-cü ilə qədər klubda oynamış 26 yaşlı argentinalı futbolçunu icarəyə götürmək istəyir və artıq sorğu təqdim edib.

Alvaresin "Atletiko" ilə müqaviləsi 2030-cu ilin yayında başa çatır.

Qeyd edək ki, iyunun ortalarında Alvares Madrid klubundan ayrılmaq istədiyini açıqlayıb. Mediada yayılan məlumatlara görə, "Barselona" Argentina millisinin üzvü üçün 130 milyon avro təklif etməyə hazırdır. Katalonlardan başqa "Arsenal"da hücumçunun keçidinə səy göstərir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью