“Mançester Siti” azarkeşləri başqa kluba dəvət olunur maraqlı təklif

19.11.2026

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İngiltərənin aşağı liqasında çıxış edən “Meyn Roud” klubu “Mançester Siti”nin azarkeşlərini öz oyunlarına dəvət edib.

Redaktor.az xəbər verir ki, “The Guardian” nəşrinin məlumatına görə, İngiltərə futbolunun onuncu divizionunda mübarizə aparan klub bu addımı “Mançester Siti” ətrafında yaranmış maliyyə qalmaqalından sonra atıb.

“Meyn Roud” sosial şəbəkədə paylaşım edərək bildirib ki, son hadisələrdən sonra Mançesterin səma mavisi rənglərdə çıxış edən digər komandası ilə maraqlanan azarkeşlər onları ziyarət edə bilərlər.

Qeyd edək ki, “Meyn Roud” 1955-ci ildə “Mançester Siti” azarkeşlərinin yaratdığı futbol komandası kimi fəaliyyətə başlayıb. Klubun forması və emblemi də məşhur İngiltərə təmsilçisinə bənzəyir.

Komandanın rəhbəri Aleks Simmonds bildirib ki, məqsədləri yerli ictimaiyyətlə əlaqələri gücləndirmək və daha çox azarkeşi stadiona cəlb etməkdir.

Klub Premyer Liqa və İngiltərə Futbol Liqasında çıxış edən komandaların mövsümlük biletlərinə sahib olan azarkeşlərə oyunlarını pulsuz izləmək imkanı da təklif edir.

“Meyn Roud” rəhbərliyi hesab edir ki, Premyer Liqada biletlərin bahalılığı və “Mançester Siti” ətrafındakı hadisələr aşağı liqa futboluna marağı artıra bilər.

Klubun rəhbəri sosial şəbəkədəki paylaşımından sonra onların səhifələrinin ümumilikdə 9 min yeni izləyici qazandığını da açıqlayıb.

Turan ASLAN

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью