Mançester Siti azarkeşlərindən Real la matç üçün pankart

11.02.2025

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Mançester Siti"nin "1894" adlı azarkeş qrupu UEFA Çempionlar Liqasında "Real"a keçiriləcək matç üçün pankart hazırlayıblar. 

QOL.az xəbər verir ki, bu barədə sözügedən qrup sosial şəbəkələrində paylaşım edib. 

Pankartda "şəhərlilər"in futbolçusu Rodri "Qızıl Top" mükafatı ilə göstəriləcək. Həmçinin pankartda İngiltərənin "Oasis" qrupunun mahnısından sözlər "Stop Crying Your Heart Out" ("Acı göz yaşlarını tökməyi dayandır") sözləri yazılıb. 

Xatırladaq ki, 2024-cü ilin "Qızıl Top" mükafatını "Mançester Siti"nin yarımmüdafiəçisi Rodri qazanmışdı. "Real" təmsilçiləri isə seçimin ədalətli olmadığını iddia edərək mərasimə qatılmaqdan imtina etmişdi. 

Qeyd edək ki, "Mançester Siti" - "Real" matçı bu gün Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью