Mançester Siti Barselona ya yox dedi

13.08.2026

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

İspaniya nəhəngi "Barselona"nın yarımmüdafiə xəttini gücləndirmək üçün etdiyi son böyük cəhd uğursuzluqla nəticələnib.

Fanat.Az "Sky Sports" nəşrinə istinadən xəbər verir ki, "Mançester Siti" İspaniya millisinin və komandanın əsas ulduzlarından biri olan Rodri üçün "Barselona"dan gələn rəsmi təklifi dərhal rədd edib.

Kataloniyalıların ulduz yarımmüdafiəçi üçün İngiltərə klubuna 55 milyon funt-sterlinqlik rəsmi büdcə təklif etdiyi bildirilir.

Lakin "şəhərlilər" bu məbləğin Rodri kimi bir futbolçunun satılması üçün tamamilə yetərsiz olduğunu vurğulayaraq danışıqları masadaca bitiriblər.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью