“Mançester Siti” baş məşqçisi Qvardiola ilə yeni müqavilə imzalayıb

22.11.2024

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

İngiltərənin “Mançester Siti” futbol klubu ispaniyalı baş məşqçi Jozep Qvardiola ilə yeni müqavilə imzalayıb.

Bu barədə “Mançester Siti”nin mətbuat xidməti məlumat yayıb.

İspan mütəxəssislə hazırkı müqavilə 2025-ci ilin iyunun sonuna kimi nəzərdə tutulub. Yeni müqavilə daha iki mövsüm üçün bağlanıb.

Qvardiolanın 53 yaşı var və 2016/17 mövsümünün əvvəlindən “Mançester Siti”yə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda altı dəfə İngiltərə çempionu olub, iki dəfə İngiltərə Kubokunu, dörd dəfə Liqa Kubokunu, üç dəfə İngiltərə Superkubokunu qazanıb.

2023-cü ildə “Mançester Siti” Çempionlar Liqası, UEFA Superkuboku və Klublararası Dünya Çempionatının qalibi olub.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью