Mançester Siti Bayerin futbolçusu ilə maraqlanır

19.11.2024

Icma.az xəbər verir, Operativ MM saytına əsaslanaraq.

“Mançester Siti” müdafiənin sağ cinahını gücləndirə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" “Football Insider”-ə istinadən xəbər verir ki, komanda "Bayer"in futbolçusu Ceremi Frimponq ilə maraqlanır.

İngilis nəhəngi hollandiyalı futbolçunu 34 yaşlı Kayl Uokerin uzunmüddətli əvəzedicisi kimi nəzərdən keçirir.

"Transfermarkt" portalı Frimponqun dəyərini 50 milyon avro qiymətləndirir.

Bu mövsüm 23 yaşlı oyunçu 16 oyuna çıxıb, 1 qol vurub və 6 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью