Mançester Siti Bernardu Silva ilə bağlı qərar verib

22.04.2025

Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.

İngiltərənin "Mançester Siti" klubu futbolçusu Bernardu Silva ilə bağlı qərar verib.

"Şəhərlilər" müqavilə müddəti 2026-cı ildə başa çatacaq yarımmüdafiəçini yayda satmağı planlaşdırır.

Klub 30 yaşlı oyunçunu azad agent kimi başqa komandalara buraxmaq niyyətində deyil.

Portuqaliyalı futbolçu ilə ölkəsinin "Benfika" klubunun maraqlandırğı bildirilir.

Qeyd edək ki, 2017-ci ildən "Mançester Siti"də çıxış edən Bernardu Silvanın qiymətini "transfermarkt" 45 milyon avro dəyərləndirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью