Mançester Siti birinci, Fənərbağça ikinci, Qarabağ üçüncü səbətdə

09.04.2025

sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2025/2026 mövsümündə UEFA turnirlərində Liqa mərhələlərinə vəsiqə qazana biləcək klubların siyahısı yenilənib. Sport24.az xəbər verir ki, "Football Meets Data"nın tərtib etdiyi cədvələ əsasən "Qarabağ" UEFA Avropa Liqasının əsas mərhələsində mübarizə aparacaq.
Hətta ehtimallara görə 32.000 əmsalı olan Ağdam təmsilçisi püşkatmaya üçüncü səbətdə qoşulacaq.
Birinci səbətdə İngiltərənin "Mançester Siti", İtaliyanın "Yuventus", ikinci səbətdə isə Türkiyənin "Fənərbağça" komandası göstərilib.
Qeyd edək ki, hazırda 70 xalla Premyer Liqanın lideri olan "Qarabağ" çempion olacağı təqdirdə mübarizəyə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindən başlayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью