Sportal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Palmeyras"ın futbolçusu Allan karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.
Sportal.az xəbər verir ki, "Mançester Siti" braziliyalı vingeri transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Şəhərlilər" Allanla şəxsi müqavilənin şərtlərini razılaşdırıblar. "Mançester Siti" oyunçunun keçidini yekunlaşdırmaq üçün Braziliya klubu ilə danışıqları davam etdirir.
Qeyd edək ki, Allan "Palmeyras"ın yetirməsidir. "Sambaçı" cari mövsümdə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 41 rəsmi matçda 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi