Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İngiltərənin "Mançester Siti" klubu maraqlı statistika ilə diqqət çəkib.
Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, Mançester təmsilçisi 1957-ci ildən sonra ilk dəfə 4 qol buraxdığı matçda qələbə qazanıb.
Sözügedən kollektiv bunu İngiltərə Premyer Liqasının (İPL) 14-cü turu çərçivəsində dünən keçirilən matçda - "Fulhem"i 5:4 hesabı ilə məğlub etdikləri oyunda bacarıb.
"Şəhərlilər" 68 il əvvəl "Şeffild Uensdey"i eyni hesabla yenmişdilər.
Qeyd edək ki, hazırda 28 xalı olan "Mançester Siti" İPL-in turnir cədvəlində 2-ci pillədə mövqe tutub.
Nihat