Mançester Siti Çelsi ilə oyunda qələbəni əldən verdi

05.01.2026

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

İngiltərə Premyer Liqasında XX tura yekun vurulub.

Axar.az xəbər verir ki, turun bağlanış oyununda "Mançester Siti" öz meydanında "Çelsi"ni qəbul edib. Tərəflərin hərəyə bir dəfə fərqləndiyi matçda qalib müəyyənləşməyib - 1:1.

Görüşdə hesabı meydan sahibləri açıblar. Ticani Reynders 42-ci dəqiqədə rəqib qapısına yol tapıb. Qonaqlar əsas vaxta əlavə olunmuş 4-cü dəqiqədə məğlubiyyətdən xilas ola biliblər. Enzo Fernandes London klubuna Mançester səfərində 1 xal qazandırıb.

Bu nəticədən sonra turnir cədvəlində "Mançester Siti" 42 xalla 2-ci, "Çelsi" isə 31 xalla 5-cidir.

Günün digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

"Lids Yunayted" - "Mançester Yunayted" - 1:1

"Tottenhem" - "Sanderlend" - 1:1

"Nyukasl" - "Kristal Pelas" - 1:1

"Everton" - "Brentford" - 2:4

"Fulhem" - "Liverpul" - 2:2

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью