Mançester Siti Çempionlar Liqasında yeni antirekord müəyyənləşdirib

27.11.2024

Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İngiltərənin "Mançester Siti" klubu UEFA Çempionlar Liqası (ÇL) tarixində yeni antirekord müəyyənləşdirib.

"Report"un "Opta"ya istinadən məlumatına görə, bu, Liqa mərhələsinin V turunda evdə Niderland təmsilçisi "Feyenoord"la oyuna təsadüf edib.

"Şəhərlilər" öndə olsa da, qələbəni əldə verib.

Mançester təmsilçisi ÇL tarixində 75-ci dəqiqədə 3:0 hesabı ilə öndə olan, lakin qalib gələ bilməyən ilk komanda olub.

Qeyd edək ki, qarşılaşma 3:3 hesabı ilə başa çatıb. "Mançester Siti" bütün turnirlərdə ardıcıl 6 oyundur qələbə qazana bilmir.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью