Mançester Siti Çempionlar Liqasında yeni antirekord müəyyənləşdirib

27.11.2024

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

İngiltərənin "Mançester Siti" klubu UEFA Çempionlar Liqası (ÇL) tarixində yeni antirekord müəyyənləşdirib. SİA-nın məlumatına görə, bu, Liqa mərhələsinin V turunda evdə Niderland təmsilçisi "Feyenoord"la oyuna təsadüf edib.

"Şəhərlilər" öndə olsa da, qələbəni əldə verib.

Mançester təmsilçisi ÇL tarixində 75-ci dəqiqədə 3:0 hesabı ilə öndə olan, lakin qalib gələ bilməyən ilk komanda olub.

Qeyd edək ki, qarşılaşma 3:3 hesabı ilə başa çatıb. "Mançester Siti" bütün turnirlərdə ardıcıl 6 oyundur qələbə qazana bilmir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью