“Mançester Siti” “Çempionşip”ə göndərilir?

19.10.2026

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

“Mançester Siti” maliyyə qaydalarını pozduğu üçün İngiltərə Premyer Liqasında misli görünməmiş xal silinməsi cəzası ilə üzləşə bilər. Bu sanksiya komandanın elitadan aşağı liqaya düşməsinə gətirib çıxara bilər.

Futbolpress.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, Premyer Liqa rəhbərliyi klubun apellyasiya müraciəti üzrə yekun qərar çıxarılana qədər cəzanı elan etməyə çalışır. Apellyasiya üzrə yekun qərarın isə yanvarın sonundan tez açıqlanması gözlənilmir. Mənbələr bildirir ki, silinəcək xalların miqdarı o qədər çox olacaq ki, “şəhərlilər”in “Çempionşip”ə düşməsi riyazi cəhətdən qaçılmaz hal alacaq.

Həmçinin Mançester təmsilçisinin növbəti mövsümdə də əlavə xal silinməsi sanksiyasına məruz qala biləcəyi, bu səbəbdən “Çempionşip”də bir neçə mövsüm ləngiməli olacağı vurğulanır. Bununla belə, “Mançester Siti”nin birbaşa dördüncü divizion sayılan İkinci Liqaya düşəcəyi ilə bağlı yayılan şayiələr təkzib olunub və gözlənilən cəzanın yalnız ikinci səviyyəli liqa ilə məhdudlaşacağı bildirilib.

Oktyabrın əvvəlində müstəqil komissiya “Mançester Siti”ni 2009–2018-ci illərdə maliyyə qaydalarının pozulması ilə bağlı təqdim edilən 115 ittihamın 114-ü üzrə təqsirli bilib. Mançester klubu bu qərardan rəsmi apellyasiya şikayəti ünvanlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью