Mançester Siti cərimələnib

20.06.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

İngiltərənin "Mançester Siti" klubu Premyer Liqa matçlarının vaxtında başlaması və davam etdirilməsi öhdəliyi ilə bağlı reqlamenti pozduğuna görə cərimələnib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, qayda pozuntuları 2024/2025 mövsümündə 9 oyunda baş verib.

Bunlar "Sauthempton", "Tottenhem", "Nottingem Forest", "Mançester Yunayted", "Vest Hem", "Nyukasl"la ev, "Kristal Pelas", "Aston Villa" və "İpsviç"lə səfər görüşləridir. Maksimum gecikmə 2 dəqiqə 22 saniyə olub.

Cərimə 1,08 milyon funt-sterlinq təşkil edib.

"Cebheinfo.az" 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью