Mançester Siti də 60 milyon avro tələb olunan futbolçunu istəyir

30.03.2025

Icma.az bildirir, Sportal.az portalına istinadən.

"Mançester Siti" "Ayntraxt"ın yarımmüdafiəçisi Huqo Larsson ilə maraqlanır.

Sportal.az xəbər verir ki, xarici mətbuatda yer alan məlumata görə, "Mançester Siti" artıq Hugo Larssonun mümkün transferi ilə bağlı ilkin danışıqlar aparıb. Frankfurt klubu 60 milyon avrodan az məbləğə oyunçunu satmaq istəmir. 20 yaşlı futbolçunun müqaviləsi 2029-cu ilə qədər qüvvədədir.

İsveçli futbolçunu "Arsenal", "Liverpul", "Çelsi" və bir neçə aparıcı Bundesliqa klubu izləyir. Həmçinin "Mançester Yunayted" və "Real"ın da ona maraq göstərdiyi bildirilir.

Qeyd edək ki, cari Bundesliqa mövsümündə Larsson 25 oyun keçirib və 3 qol vurub.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью