Mançester Siti də bunu bacaran ən gənc futbolçudur

03.11.2025

Icma.az bildirir, Qol.az portalına istinadən.

"Mançester Siti"nin yarımmüdafiəçisi Fil Foden yeni uğur əldə edib.

QOL.az xəbər verir ki, o, buna İngiltərə Premyer Liqasının 10-cu turunun “Bornmut”la matçında iştirak etməklə nail olub. 

İngiltərəli futbolçu "şəhərlilər"lə yerli çempionatda çıxdığı oyunların sayını 200-ə çatdırıb. Nəticədə Foden "Mançester Siti" tarixində İngiltərə çempionatında 200 oyun həddinə çatan ən gənc oyunçu olub - 25 yaş 158 gün.

Əvvəlki rekord 26 yaş 284 günlüyündə 200-cü oyununu keçirən Rahim Sterlinqə məxsus idi.

Qeyd edək ki, Foden "Mançester Siti"nin yetirməsidir. O, 2016-cı ildə klubun əsas komandasında debüt edib. Həmçinin Fil 2020-ci ildən İngiltərə A millisinin üzvüdür. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью