Mançester Siti də yeni müqavilə daha 5 il komandada qalacaq

15.06.2026

Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.

Cosko Qvardiol karyerasını "Mançester Siti"də davam etdirəcək.

Sportal.az "BBC"-yə istinadən xəbər verir ki, tərəflər yeni müqavilə ilə bağlı razılığa gəliblər. Yeni sözləşmə 2031-ci ilə qədər qüvvədə olacaq. Xorvatiyalı müdafiəçinin hazırkı müqaviləsi isə 2028-ci ildə başa çatmalı idi.

Qvardiol 2023/24 mövsümündən etibarən İngiltərədə çıxış edir və qısa müddətdə komandanın əsas oyunçularından birinə çevrilib.

Son mövsümdə o, Premyer Liqada 18 oyunda iştirak edib və 2 qol vurub. Yeni müqavilə “Mançester Siti”nin müdafiə xəttinin aparıcı simalarından biri olan Qvardiola uzunmüddətli etimadının göstəricisi hesab olunur.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью