Mançester Siti dən 16 yaşlı futbolçuya 40 milyon avro təklif

15.04.2026

Icma.az, Sportal.az portalına istinadən məlumat verir.

"Mançester Siti" "Palmeyras"ın 16 yaşlı vingeri Eduardo Konseysaonu transfer etmək istəyir.

Sportal.az ESPN-ə istinadən xəbər verir ki, “şəhərlilər” futbolçu uğrunda mübarizədə ön sıradadır və PSJ, eləcə də "Çelsi" kimi rəqibləri qabaqlamaq üçün müqaviləni tez bağlamağa çalışır. Son günlər "Barselona" da braziliyalının nümayəndələri ilə əlaqə saxlayıb.

“Mançester Siti” oyunçu üçün təxminən 40 milyon avro ödəməyə hazırdır. Lakin “Palmeyras” tələsmir, çünki Konseysao 18 yaşına çatmadan Avropaya keçid edə bilməz.

Qeyd edək ki, o, 15 yaşından "Palmeyras" U20 komandasında çıxış edir və Braziliya U-17 milli ilə Cənubi Amerika çempionatından sonra əsas komandaya yüksələcəyi gözlənilir.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью