Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Mançester Siti"dən getməyə hazırdır "Mançester Siti"nin müdafiəçisi Con Stounz klubdan ayrıla bilər.
QOL.az xəbər verir ki, bu barədə insayder Nikolo Şkira məlumat yayıb.
31 yaşlı futbolçu cari mövsümün sonunda "Mançester Siti"dən ayrılmağa hazırdır. Onun "şəhərlilər"lə müqaviləsi 2026-cı ilin yayına qədərdir.
Bildirilib ki, tərəflər müqavilənin yenilənməsi üçün danışıqlar aparmırlar. Oyunçu özü də klubunu dəyişməyə müsbət yanaşır.
İngiltərəli futbolçu 2016-cı ilin yayından "Mançester Siti"də oynayır. Bu mövsüm o, bütün turnirlərdə 13 matç keçirib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.