Mançester Siti dən Səudiyyə Ərəbistanına

28.09.2025

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Mançester Siti"nin kapitanı Bernardo Silva karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

QOL.az xəbər verir ki, bu barədə "talkSport" məlumat yayıb.

Portuqaliya millisinin üzvü mövsümün sonunda "Əl-Hilal"a keçmək istəyir. 

Hazırda Silva üçün ən çox ehtimal olunan variantların "Əl-Əhli" və "Əl-Qədisiyə" klubları olduğu bildirilir. Hər iki klub portuqaliyalı futbolçuya 4 illik müqavilə təklif etməyə hazırdır.

Qeyd edək ki, Silvanın "şəhərlilər"lə hazırkı müqaviləsi 2026-cı ilin iyun ayının sonuna kimidir.

2025/26 mövsümündə Bernardo "Mançester Siti"nin heyətində bütün yarışlarda 7 oyun keçirib, 1 məhsuldar ötürmə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью