Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İngiltərənin "Tottenhem" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi "Mançester Siti"dən Savinyonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Tottenhem" braziliyalı vinger üçün onun klubuna 87 milyon avro təzminat ödəyib. 22 yaşlı futbolçu ilə 2031-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Mançester Siti" Savinyonu 2024-cü ilin yayında Fransanın "Trua" klubundan 25 milyon avroya transfer edib. Braziliya millisinin üzvü 2025/26 mövsümündə "şəhərlilər"in heyətində meydana çıxdığı 36 rəsmi matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi