“Mançester Siti” doğma meydanda “Fulhem”ə qalib gələ bilməyib

22.11.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 22 noyabr, AZƏRTAC

İngiltərə Premyer Liqasının XI turunda “Mançester Siti” və “Fulhem” komandaları arasında keçirilən oyun 1:1 hesabı ilə başa çatıb.

AZƏRTAC xəbər verir ki, noyabrın 21-də Mançesterdəki “Etihad” stadionunda baş tutan qarşılaşmada hesabı 16-cı dəqiqədə qonaqların hücumçusu Rodriqo Muniz açıb. “Mançester Siti”nin futbolçusu Elliot Anderson 58-ci dəqiqədə bərabərlik qolunu vurub.

Bu heç-heçə “Mançester Siti”nin “Fulhem” üzərində bütün turnirlərdə ardıcıl 20 qələbədən ibarət seriyasına son qoyub. Bu qələbələrin 17-si Premyer Liqada qeydə alınıb. Həmçinin bu nəticə Mançester təmsilçisinin İngiltərə çempionatında ardıcıl dördüncü qələbəsiz oyunu olub.

XI turdan sonra “Mançester Siti” 22 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. “Fulhem” isə 11 xalla 14-cü yerdədir.

Növbəti turda “Mançester Siti” noyabrın 29-da səfərdə turnir cədvəlinə başçılıq edən “Arsenal”la qarşılaşacaq. “Fulhem” isə doğma meydanda “Bornmut”u qəbul edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью