Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Mançester Siti"nin "rənglərinə bağlamağa" hazırlaşdığı "Vulverhempton"un müdafiəçisi Rayan Ait-Nuri bu gün tibbi müayinədən keçəcək.
Sport24.az xəbər verir ki. bu barədə "Sky Sport" məlumat yayıb.
Mənbənin sözlərinə görə, "şəhərlilər" 24 yaşlı əlcəzairliyə görə qarşı tərəfə 36 milyon funt-sterlinq təzminat ödəyəcək.
Ait-Nurinin yeni komandasında Klublararası Dünya Çempionatında debüt edəcəyi gözlənilir.
Qeyd edək ki, müdafiəçi 2024/25 mövsümündə "Vulverhempton"un heyətində ümumilikdə 41 matçda 5 qol vurub və 7 məhsuldar ötürmə edib.
Onun "qurdlar"la müqaviləsi 2026-cı ilin yayında başa çatırdı. Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.