“Mançester Siti” Elliot Andersonun transferini təsdiqləyib

23.07.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Elliot Anderson “Mançester Siti”yə keçib.

İdman.Biz bildirir ki, “Siti” iyulun əvvəlində 23 yaşlı mərkəz yarımmüdafiəçisinin transferi ilə bağlı “Nottingem Forest”lə razılığa gəldiyini açıqlamışdı, lakin son detalların oyunçunun 2026-cı il dünya çempionatından qayıtmasından sonra dəqiqləşdiriləcəyi gözlənilirdi.

“Mançester Siti” artıq Andersonun kluba beş illik müqavilə ilə qoşulduğunu təsdiqləyib.

Elliotun transfer haqqının 116 milyon funt sterlinq olduğu bildirilir.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью