Mançester Siti Erlinq Halandı əvəzləyə biləcək iki hücumçunu müəyyənləşdirib

18.11.2026

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

"Mançester Siti" klubu bu yay hücumçusu Erlinq Halandın komandadan ayrılmasına hazırlaşır. Sport24.az xəbər verir ki, bu barədə "El Nacional" nəşri məlumat yayıb. 

Mənbənin bildirdiyinə görə, İngiltərə klubu 26 yaşlı hücumçunun mövsümün sonunda komandadan ayrılacağını nəzərə alaraq fəaliyyətini buna uyğun qurur. Ötən yay, baş məşqçi Pep Qvardiolanın və bir neçə digər oyunçunun komandadan getməsinə baxmayaraq, Haaland daha bir il komandada qalmağa razılaşmışdı.

Həmçinin bildirilir ki, "Mançester Siti" Haalandın transferindən təxminən 175 milyon avro gəlir əldə etməyi gözləyir.

"Şəhərlilər"ə qarşı sanksiyaların tətbiq edilməsi ehtimalı (avrokuboklardan kənarlaşdırılma və ya Premyer Liqadan aşağı liqaya göndərilmə) fonunda, Haalandla PSJ, "Liverpul", eləcə də İspaniya nəhəngləri "Barselona" və "Real" maraqlanmağa başlayıb.

Bu arada, "Mançester Siti" artıq Haalandın yerini dolduracaq oyunçu axtarışındadır. Namizədlər arasında ötən mövsüm İngiltərə liqasında ən çox qol vuran ikinci futbolçu - "Brentford"un formasını geyinən İqor Tiaqo və hazırda Türkiyənin "Qalatasaray" klubunda çıxış edən və bazar dəyəri təxminən 75 milyon avro qiymətləndirilən Viktor Osimhen yer alıb

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью