“Mançester Siti” əsas komandanın futbolçularının yarısını satacaq

24.12.2024

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Mançester Siti" rəhbərliyi qış transfer pəncərəsində komandada əsaslı dəyişikliklər etməyi planlaşdırır.

QOL.az xəbər verir ki, bu barədə “Daily Record” məlumat yayıb.

Klub rəhbərliyi komandanın uğursuz nəticələrinə görə narahatdır. Onlar vəziyyətdən çıxış yolunu heyətdə böyük dəyişikliklər etməkdə görürlər.

"Mançester Siti" əsas heyətdən ən azı 5 və ya 6 futbolçu ilə yolları ayırmağı planlaşdırır.

Klubun bu qış prioriteti yarımmüdafiəçi tapmaq olacaq. Əsas namizədlər isə Martin Subimendi (“Real Sosyedad”) və Bruno Gimaraeşdir (“Nyukasl”). Klub həmçinin “Yuventus”un qapıçısı Mişel Di Qreqorioya da göz dikib.

Qeyd edək ki, Premyer Liqanın 17 turundan sonra "Mançester Siti" 27 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşır. Komanda keçirdiyi son 12-matçın 9-da uduzub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью