Mançester Siti gənc müdafiəçisini Bundesliqa klubuna satdı

12.06.2026

Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Köln" "Mançester Siti"dən mərkəz müdafiəçisi Hahmai Simpson-Pyusinin transfer hüquqlarını tam alıb.

Sportal.az xəbər verir ki, 20 yaşlı futbolçu bu ilin yanvarında Almaniya klubuna icarə əsasında qoşulmuşdu. İndi isə o, “Köln”lə 2030-cu ilin yayına qədər qüvvədə olacaq tamhüquqlu müqavilə imzalayıb.

Bild nəşrinin məlumatına görə, “Mançester Siti” bu transferdən 5 milyon avrodan bir qədər çox gəlir əldə edəcək.

Simpson-Pyusi ötən mövsüm Bundesligada 11 oyunda iştirak edib, 2 sarı və 1 qırmızı vərəqə alıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью