Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Mançester Siti” rəhbərliyi maliyyə pozuntuları ilə bağlı iş üzrə günahsızlığını sübut edə biləcəyinə inanır.
QOL.az xəbər verir ki, bu barədə “The Athletic” nəşrinin insayderi Devid Ornşteyn məlumat yayıb.
Jurnalistin sözlərinə görə, bu iş üzrə əvvəllər oxşar hal olmayıb və yekun nəticənin necə olacağını heç kim bilmir.
Qeyd edək ki, daha əvvəl müstəqil komissiya “Mançester Siti”ni irəli sürülən 115 ittihamdan 114-ü üzrə təqsirli bilib.
Klubun oktyabrın 2-dək apellyasiya şikayəti vermək hüququ var.
“Mançester Siti” üçün mümkün cəza isə hələ müəyyənləşdirilməyib. Müxtəlif ehtimallara görə, klubun turnir cədvəlində xallarının silinməsindən tutmuş İngiltərə Premyer Liqasından xaric edilməsinə qədər müxtəlif sanksiyalarla üzləşməsi mümkündür.