“Mançester Siti” Haalandla müqavilə yenilədi RƏSMİ İdmanXəbər

24.01.2025

Idmanxeber.az saytına istinadən Icma.az xəbər verir.

“Mançester Siti” Erlinq Haalandla müqavilə yeniləyib.

İdmanxeber.az-ın məlumatına görə, norveçli oyunçuyla 2034-cü ilə qədər sözləşmə bağlanıb. 24 yaşlı forvardın müqavilə müddəti 2027-ci il iyunun 30-na qədər idi.

 Xatırladaq ki, Erlinq bu mövsüm bütün turnirlərdə 28 matça çıxıb, 21 qol vurub və 1 asist edib. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью