Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Mançester Siti” hücumçusu Erlinq Halandın mümkün gedişinə hazırlaşır. İngiltərə klubu norveçli forvardın mövsümün sonunda komandadan ayrılacağını nəzərə alaraq yeni hücumçu axtarışına başlayıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə “El Nacional” nəşri məlumat yayıb.
Məlumata görə, “şəhərlilər” Halandın satışından təxminən 175 milyon avro gəlir əldə etməyi planlaşdırır. 26 yaşlı futbolçu daha əvvəl baş məşqçi Pep Qvardiola və bir neçə komanda yoldaşının ayrılmasına baxmayaraq, klubda daha bir mövsüm qalmağa razılıq vermişdi.
“Mançester Siti”nin üzləşə biləcəyi mümkün sanksiyalar da bu prosesə təsir göstərir. Klubun avrokuboklardan kənarlaşdırılması, hətta Premyer Liqadan aşağı diviziona göndərilməsi ehtimalı fonunda PSJ, “Liverpul”, “Barselona” və “Real” Halandla maraqlanır.
İngiltərə təmsilçisi artıq norveçli hücumçunun əvəzləyicisi üzərində işləyir. Namizədlər arasında ötən mövsüm Premyer Liqanın bombardirləri sırasında ikinci yeri tutan “Brentford”un hücumçusu İqor Tiaqo da var.
Digər variant isə hazırda “Qalatasaray”da çıxış edən Viktor Osimhendir. Nigeriyalı hücumçunun bazar dəyərinin təxminən 75 milyon avro olduğu bildirilir.