Mançester Siti heyətini 18 yaşlı futbolçu ilə gücləndirəcək

01.05.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İngiltərənin "Mançester Siti" klubu əslən malili Mamadu Sanqareni transfer edir.

Oxu.Az "Goal" nəşrinə istinadən xəbər verir ki, PSJ-nin 18 yaşlı mərkəz hücumçusu ilə artıq razılıq əldə olunub.

Futbolçunun PSJ ilə müqaviləsi bu il iyunun 30-da başa çatacaq və o, azad agent statusunda "Mançester Siti"yə keçəcək.

Mamadu Sanqare Fransada futbolun sirlərini öyrənib və bu ölkənin vətəndaşıdır. O, Fransanın U-19 yığmasının üzvüdür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью