“Mançester Siti” Holandı satmağa hazırdır

17.11.2026

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

İngiltərənin “Mançester Siti” futbol klubu Erlinq Holandın komandadan ayrılması ehtimalını nəzərdən keçirir.

İdman.Biz xəbər verir ki, klub rəhbərliyi kluba qarşı mümkün sanksiyalarla bağlı qeyri-müəyyənlik fonunda onun gedişini artıq mümkün variantlardan biri kimi dəyərləndirir.

“Şəhərlilər” norveçli hücumçu gələn yay komandanı tərk edəcəyi təqdirdə onun satışından təxminən 175 milyon(327 milyon manat) avro gəlir əldə etməyi planlaşdırır.

Qeyd edək ki, Erlinq Holand 2022-ci ilin yayında Dortmund “Borussiya”sından 60 milyon avroya “Mançester Siti”yə keçib. Norveçli hücumçu 2025-ci ilin yanvarında İngiltərə klubu ilə müqaviləsini 2034-cü ilin yayına qədər uzadıb.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью