“Mançester Siti” ilə oyun öncəsi “Arsenal”a şad xəbər

26.11.2026

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Londonun “Arsenal” klubunun əsas qapıçısı David Raya İngiltərə Premyer Liqasında “Mançester Siti” ilə keçiriləcək qarşılaşmada meydana çıxa bilər.

İdman.Biz “now.arsenal” nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı ispaniyalı qolkiperin noyabrın 29-da baş tutacaq görüşdə iştirak etmək ehtimalı var.

Raya “Nyukasl”la qarşılaşmada (2:2) çiynindən zədələndiyi üçün UEFA Çempionlar Liqasında Dortmund “Borussiya”sı ilə oyunu buraxıb.

“Arsenal”ın baş məşqçisi Mikel Arteta daha əvvəl qapıçının zədəsinin gözlənildiyi qədər ciddi olmadığını və cərrahi müdaxiləyə ehtiyac duyulmadığını açıqlayıb.

London klubunun çalışdırıcısı Rayanın start heyətində yer alıb-almayacağına hələ qərar verməyib. Qolkiper tam hazır olmasa, onu Kepa Arrizabalaqa əvəzləyəcək.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью