​ Mançester Siti ilk böyük transferini həyata keçirir

04.06.2025

Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Mançester Siti" ilk böyük transferini həyata keçirir.

Metbuat.az xəbər verir ki, klub “Milan”ın ulduzunu transfer etmək üzrədir. Fabrizio Romanonun sözlərinə görə, "Mançester Siti" Tijjani Reijnders ilə şifahi razılıq əldə edib. İddialara görə, klublar da razılıq etmək üzrədir. Bildirilir ki, Kevin De Bruynenin gedişindən sonra və İlkay Gündoğanın formasını tam bərpa edə bilməməsi "Mançester Siti"nin oyun quruculuğunda boşluq yaradıb. "Mançester Siti" bu boşluğu Tijjani Reijnders ilə aradan qaldırmaq istəyir.

Tijjani Reijnders bu mövsüm “Milan”ın heyətində 15 dəfə fərqlənib. Futbolçu bu mövsüm İtaliya liqasının ən yaxşı yarımmüdafiəçisi seçilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью