Mançester Siti İngiltərə millisinin üzvünü transfer etdi

11.07.2026

Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Mançester Siti" hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi "Lester Siti"dən Ceremi Monqanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Mançester Siti" ingiltərəli futbolçu üçün onun klubuna 15 milyon avro təzminat ödəyib. 17 yaşlı ön xətt oyunçusu ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Ceremi Monqa "Lester Siti"nin yetirməsidir. İngiltərə U-19 millisinin üzvü 2025/26 mövsümündə "tülkülər"in heyətində meydana çıxdığı 30 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью