Mançester Siti lider oyunçulardan birini itirə bilər

13.04.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

"Mançester Siti"nin 30 yaşlı yarımmüdafiəçisi Bernardu Silva gələn yay "Benfika"ya qayıda bilər. Hazırda tərəflər danışıqlar aparırlar.

Oxu.Az-ın məlumatına görə, bu barədə "A Bola" xəbər verir.

Bildirilir ki, Silva məzunu olduğu "Benfika"ya qayıtdığı təqdirdə maaşının azaldılmasına razıdır.

"Şəhərlilər" cari mövsümün o qədər də yaxşı olmayan nəticələri fonunda heyəti yeniləmək istəyi səbəbindən 30 yaşlı yarımmüdafiəçini sata bilərlər. Bununla yanaşı, Silvaya "Barselona" da maraq göstərir.

Cari mövsümdə portuqaliyalı bütün turnirlərdə 41 matçda iştirak edib, üç qol və dörd məhsuldar ötürmə ilə yadda qalıb. Oyunçunun klubla mövcud əmək müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalında təqdim olunan məlumata görə, futbolçunun bazar dəyəri 45 milyon avro təşkil edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью