Mançester Siti liderliyə yüksəldi

23.04.2026

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İngiltərə Premyer Liqasında XXXIV turun oyunları keçirilir.

"Unikal" xəbər verir ki, ikinci oyun günündə 2 qarşılaşma baş tutub.

"Bornmut" doğma meydanda "Lids Yunayted"i qəbul edib. Görüş 2:2-lik bərabərliklə nəticələnib.

Çempionluğa yaxından təsir edəcək digər matçda "Mançester Siti" "Bernli" səfərinə yollanıb.

Matçın taleyini 1 qol həll edib. Haaland 5-ci dəqiqədə vurduğu qolla "şəhərlilər"ə vacib 3 xal qazandırıb.

Beləliklə, Premyer Liqada aylar sonra lider dəyişib. "Arsenal" 2-ci pilləyə yuvarlanıb, "Siti" ilk pilləyə yüksəlib.

Hər iki komandanın aktivində 70 xal olsa da, ümumi göstəricilərdə Mançester təmsilçisi rəqibini qabaqlayır. 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью